Mübariz Qurbanlı Balakəndə vətəndaşları qəbul edəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 27-də Balakən rayonunda Zaqatala, Balakən və Qax rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qəbul Balakən rayon Mədəniyyət Mərkəzində saat 10:00-da keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinə müraciət edə bilərlər.

Digər xəbərlər

Bu gün sonuncu Qədr gecəsidir 16 mart, 2026 / 13:25
Bu gün ikinci Qədr gecəsidir 10 mart, 2026 / 20:00
Bu gün ilk Qədr gecəsidir 08 mart, 2026 / 19:16