Bakıda müxtəlif dini icmaların geyimləri, əşyaları nümayiş olunur - FOTOREPORTAJ

Bakıda keçirilən "Fərqliliyin rəngi" festivalında Azərbaycanda müxtəlif dini icmaların adət-ənənələri, geyimləri, kitabları, əşyalarından ibarət nümunələr təqdim olunur.

"Report" xəbər verir ki, tədbirdə 33 dini icma və təşkilatlar iştirak edirlər.

Onların arasında Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və s. var.

Festival iştirakçıları dini icmaların stendləri ilə tanış olub, ədəbiyyat nümunələri və əl işləri ilə tanış olublar.

Digər xəbərlər