KİV: Tramp Suriya Prezidenti və Ukrayna lideri ilə görüşməyi planlaşdırır
Digər ölkələr
- 20 sentyabr, 2025
- 20:14
Ağ Ev ABŞ prezidenti Donald Trampın Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa və Ukrayna lideri Volodimir Zelenski ilə ikitərəfli danışıqlar keçirməsini planlaşdırır.
"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Tramp ikinci prezidentlik müddətində ilk dəfə BMT-nin baş katibi Antonio Quterreşlə də görüşə bilər. Mümkün görüşlərin tarixləri hələ açıqlanmayıb.
Sentyabrın 16-da ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, Tramp Zelenski ilə gələn həftə BMT Baş Assambleyasının (GA) 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin keçiriləcəyi Nyu-Yorkda görüşə bilər.
Son xəbərlər
09:12
Braziliya millisinin futbolçusu ölkəsinin klubuna transfer olunub
Futbol08:59
Ekvador 10 il ərzində ilk nüvə reaktoruna sahib olmağı planlaşdırır
Digər ölkələr08:43
Yaponiyada canavar zooparkdan qaçıb, ziyarətçilər təxliyə olunub
Digər ölkələr08:08
Foto
Texasda Azərbaycan vətəndaşları üçün səyyar konsulluq xidməti təşkil olunub
Xarici siyasət08:06
Peru sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr07:39
KİV: "Tottenhem" yanvarda Leon Qoretskanı transfer etmək niyyətindədir
Futbol07:13
Dulger: Almaniya yarandığı andan bəri ən uzunmüddətli böhran dövrünü yaşayır
Digər ölkələr06:41
İsveçdə tüğyan edən qasırğa nəticəsində iki nəfər ölüb
Digər ölkələr06:12