Bakıda və rayonlara yağış yağır - FAKTİKİ HAVA
Ekologiya
- 16 sentyabr, 2025
- 11:12
Azərbaycanın bəzi yerlərində, eləcə də Bakıda və Abşeron yarımadasında yağış yağması müşahidə olunub.
"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, düşən yağıntının miqdarı Astarada 12, Lənkəranda 11, Lerikdə 7, Daşkəsəndə 4, Yardımlıda 3, Göygöl, Gədəbəydə 2, Xaltan, Şamaxı, Goranboy, Altıağac, Tovuz, Qax, Qəbələ, Şəki, Qobustan, İmişli, Biləsuvarda 1 mm-dək qeydə alınır.
Daşkəsən, Göygöl, Qax, Şamaxı, Qrız, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 23, dağlıq rayonlarda 12, Aran rayonlarında 22, Naxçıvan MR-da 28 dərəcəyədək isti qeydə alınıb.
Son xəbərlər
08:00
Orta miqyaslı şəhərlər aktiv mobillikdə geri qalır
İnfrastruktur07:48
Tramp: Nobel sülh mükafatının hədiyyə edilməsi hörmət əlamətidir
Digər ölkələr07:17
Yaponiya Müdafiə Nazirliyi: Vaşinqton Tokiodan müdafiə xərclərini artırmağı tələb etmir
Digər ölkələr06:48
Çin dənizdən dörd "Tianqi" peykini buraxıb
Digər ölkələr06:23
Yunanıstanın gəmi sahibləri Aİ-nin tanker hücumlarına reaksiyasını tələb edir
Digər ölkələr05:53
Tramp Qəzzanın idarə olunması üçün "Sülh Şurası"nın yaradıldığını elan edib
Digər ölkələr05:39
ABŞ-nin BMT-dəki səfiri: İranla bağlı bütün mümkün tədbirləri nəzərdən keçirilir
Digər ölkələr05:14
CAR-da ən böyük qoruqdan 600-dən çox insan təcili təxliyə edilib
Digər ölkələr04:51