Zimbabvedə baş verən yol qəzasında 20 nəfər öldü

Zimbabvenin cənub-şərqində iki avtomobil toqquşub.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki,hadisə nəticəsində 20 nəfər ölüb.

Polisin verdiyi məlumata görə, qəza Masvinqo-Mbalabala yolunda avtomobillərdən birinin təkəri partlayaraq qarşıdakı zolağa keçməsindən sonra baş verib. Hadisə nəticəsində daha üç nəfər yaralanıb, xəstəxanaya aparılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10