Fransa parlamentinin yuxarı palatası küçə nümayişləri zamanı vurulan ziyana görə etiraz aksiyalarının iştirakçılarına maliyyə məsuliyyəti yükləyən qanun layihəsini qəbul edib.
"Report" xəbər verir ki, bu barədə "France24" məlumat yayıb.
Sənədə əsasən, etirazçılar dəyən ziyana görə 10 min avroya qədər ödəniş etməyə məcbur edilə bilər.
Senat çoxluğa malik olan sağçı və mərkəzçi ittifaqının dəstəyi ilə qanun layihəsinin genişləndirilmiş versiyasını 105-ə qarşı 229 səslə qəbul edib.
Qanun layihəsinin hazırlanması barədə ilk dəfə bu ilin mayında UEFA Çempionlar Liqasının finalında "Paris Sen-Jermen" komandasının "Arsenal" komandası üzərində qələbəsindən sonra baş verən iğtişaşlar səbəbilə düşünülüb. Lakin yekun qərar 17 oktyabr etiraz aksiyalarının Fransada son illərin ən şiddətli iğtişaşlarından biri ilə başa çatmasından sonra qəbul edilib, bu iğtişaşlar zamanı ölkə üzrə minlərlə müəssisə zərər görmüş və qarət edilmişdir.