Vanuatu sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib

Sakit okeanın cənub-qərbində yerləşən Vanuatu ada dövlətinin sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

"Report" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Port-Olri şəhərindən 201 kilometr şimal-qərbdə yerləşib.

Yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə olub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Digər xəbərlər