Maduronun işinə baxan hakim Elvin Hellerştayn 92 yaşında vəfat edib

Nyu-Yorkun Cənub Dairəsinin federal hakimi Elvin Hellerştayn 92 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məhkəmə nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, ABŞ hakimiyyəti tərəfindən ələ keçirilmiş Venesuela Prezidenti Nikolas Maduronun işinə baxan Hellerştayn oktyabrın 28-i səhər saatlarında vəfat edib.

O, 1998-ci ildə ABŞ Prezidenti Bill Klinton tərəfindən federal hakim təyin edilib və 30 ilə yaxın rezonans doğuran işlərə baxıb.

Qeyd edək ki, Venesuela lideri N. Maduro və onun həyat yoldaşı barəsindəki məhkəmə prosesi 2027-ci il iyunun 1-nə planlaşdırılıb. Hellerştaynın yerini kimin tutacağı hələlik məlum deyil.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10