Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Agentliyi (UKMTO) müxtəlif mənbələrdən Ədən körfəzində şübhəli fəaliyyət barədə məlumatlar alıb.
"Report" xəbər verir ki, bu barədə UKMTO-nun məlumatında bildirilib.
"Bu, pirat qruplaşmalarının fəaliyyətinə işarə edə bilər. Məlumatlarda ticarət gəmilərinin yaxınlığında hərəkət edən şübhəli kiçik gəmilərin aşkar edildiyi bir neçə hal təsvir olunur", - məlumatda qeyd olunub.
İnsidentlə əlaqədar araşdırma aparılır.
Bu ərazidən keçən gəmilərə ehtiyatlı olmaq və hər hansı şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermək tövsiyə edilir.