Zimbabve prezidentinin əsas rəqibi olan sabiq baş nazir ölkəyə qayıdıb

Bakı. 16 noyabr. REPORT.AZ/ Zimbabvenin keçmiş baş naziri Morqan Tsvanqirai baş verən siyasi böhran fonunda ölkəyə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Tsvanqirai 2009-2013-cü illərdə Zimbabvenin baş naziri olub. O, hazırkı ölkə prezidenti Robert Muqabenin əsas rəqiblərindən biri hesab olunur.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10