Yunanıstanın sabiq naziri koronavirusdan öldü

Yunanıstanın sabiq səhiyyə naziri Dimitris Kremastinos koronavirus pandemiyasının qurbanı olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Vasilis Kikilias məlumat verib. 

Bildirilib ki, 78 yaşlı professor D.Kremastinosa koronavirus diaqnozu bir neçə həftə öncə qoyulub. 

O, 1993-cü ildə Andreas Papandreunun hökumətində səhiyyə naziri təyin edilib.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10