​Yəmənin Taiz şəhərinin atəşə tutulması nəticəsində 45 nəfər ölüb

Bakı. 5 iyun. REPORT.AZ/ Yəmənin mühasirədə olan Taiz şəhərinin son iki gün ərzində atəşə tutulması nəticəsində ən azı 45 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə yerli hüquq-mühafizə orqanları nümayəndələrinə istinadən "Associated Press" məlumat yayıb.

Agentliyin məlumatına görə, artilleriya atəşinə şəhərin yaşayış məhəllələri məruz qalıb. Onlarla ailə təxliyə edilib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10