Yəmənə silah tədarükünə qadağa qoyulub

Bakı. 14 aprel. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Yəməndə hakimiyyəti ələ keçirən husi qiyamçılarına silah tədarükünə embarqonun tətbiq edilməsi haqqında qətnamə layihəsini səsverməyə çıxarıb.

"Report"un "TASS"a istinadən verdiyi xəbərə görə, İordaniya, ABŞ və Böyük Britaniya tərəfindən hazırlanmış qətnamə layihəsini BMT TŞ-nin 14 üzvü dəstəkləyib.

Rusiya səsvermə zamanı bitərəf qalıb.

Xəbər lenti