Yəmən prezidenti istefa ərizəsini geri götürüb

Bakı. 24 fevral. REPORT.AZ/ Yanvarın sonlarında istefaya getmək istədiyini bildirən Yəmən prezidenti Əbd Rəbbu Mənsur Hadi müvafiq  ərizəni geri götürüb. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

"Hadi müvafiq bəyanatı parlamentə təqdim edib", - Yəmən parlamenti deputatlarından biri telekanala bildirib. 

Digər xəbərlər