Yaraqlılar Hələbi intensiv atəşə tutub: 15 nəfər ölüb, 150 nəfər yaralanıb

Bakı. 29 oktyabr. REPORT.AZ/ Suriyanın Hələb şəhərinin yaşayış məntəqələri yaraqlıların intensiv atəşinə məruz qalıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, intensiv atışma nəticəsində 15 dinc sakin ölüb, 150-dən çox adam yaralanıb.

Hərbçilərin məlumatına görə, təkcə ötən sutka ərzində şəhərə 100-dən çox bomba atılıb.

Yaraqlılar partlayıcı qurğu yerləşdirilmiş qaz balonları, əldəqayırma mina və idarəolunmaz raketlərdən istifadə edib. Onlar əsasən məktəb, xəstəxana və ictimai obyektləri hədəfə alır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10