Yaponiyada tayfun təhlükəsi ilə bağlı əhali təxliyyə olunur

Yaponiyanın qərb bölgələrində “Krosa” tayfununa görə 580 minədək sakinin təxliyyəsinə hazırlıq görülür.

“Report” “Kyodo”ya istinadən xəbər verir ki, cənub-qərb istiqamətindən gələn tayfunun Sikoku və Kyusu adalarında 280 minədək ev təsərrüfatına təhlükə yaratdığını nəzərə alaraq həmin ərazilərdə dördüncü dərəcəli təhlükə elan edilib.

NHK TV xəbər verir ki, bölgəyə 700-dək təyyarə reysi ləğv edilib, bəzi dəmir yolu xətlərində hərəkət dayandırılıb.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10