Xorvatiya hərbçilərinin NATO tədbirlərindəki iştirak müddəti uzadılıb

Bakı. 31 oktyabr. REPORT.AZ/ Xorvatiya Soboru (parlamenti) hərbçilərin 2019-2020-ci illərdə beynəlxalq miqyaslı müxtəlif hərbi missiyalardakı iştirakı barədə qanun layihəsini təsdiqləyib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Xorvatiya hərbçiləri NATO-nun Əfqanıstandakı "Qətiyyətli dəstək", Kosovodakı KFOR missiyasında, həmçinin Polşada hərbi mövcudluğunun artırılmasına yönələn tədbirlərində iştirak edəcəklər.

Digər xəbərlər