Amerikalı milyarder Todd Bouli Rusiyanın "Lukoyl" neft şirkəti ilə onun beynəlxalq enerji aktivlərinin ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının (DFC) da daxil olduğu konsorsium tərəfindən satın alınmasına dair saziş imzalayıb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, sövdələşmə "Lukoyl"un 10 milyard dollar dəyərindəki qiymətli kağızlarının onun xarici aktivləri ilə mübadiləsini nəzərdə tutur. Saziş üzrə danışıqlar bir ildən çox davam edib.
Ötən ilin oktyabrında "Lukoyl"a qarşı sanksiyalar tətbiq edən ABŞ Maliyyə Nazirliyi sövdələşmənin ABŞ-nin milli təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlayacaq.
Xəbər yenilənir