Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus "Su-27" hərbi təyyarəsi Zaporojye istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.
"Report"un Ukrayna mediasına istinadən verdiyi məlumata görə, təyyarə 39-cu taktiki aviasiya briqadasına məxsus idi.
39-cu briqadadan bildirilib ki, pilot həlak olub, qəzanın səbəbləri araşdırılır.