Almaniya "Patriot" zenit-raket kompleksi üçün azı 480 raket və müvafiq avadanlıqların alınmasına 4 milyard avrodan çox vəsait ayırmağı planlaşdırır.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, qərar ölkənin hava hücumundan müdafiəsinin gücləndirilməsi məqsədilə qəbul edilib.
Qeyd olunub ki, tədarüklər Bundesverin uzunmüddətli modernləşdirmə proqramı çərçivəsində 2030-cu ildən 2033-cü ilin sonuna qədər olan dövr üçün planlaşdırılıb.