Estoniyanın Baş naziri Kristen Mixal Rusiya sərhədindəki Narvadakı dəmir yolu keçid məntəqəsinin bağlanma ehtimalını etiraf edib.
"Reportun məlumatına görə, hökumət başçısı bu barədə Estoniyanın ERR ictimai teleradio şirkətinə müsahibəsində bildirib.
Mixalın sözlərinə görə, hökumət hələlik keçid məntəqəsinin bağlanması ilə bağlı qərar verməyib, lakin lazım gəlsə, belə addım ata bilər.
"Bu məsələ ilə bağlı hələ heç bir qərar verməmişik. Lazım gəlsə, bu, növbəti addım olacaq", - Baş nazir qeyd edib.