Ukrayna və Finlandiya müdafiə məhsullarının birgə istehsalına dair memorandum imzalayıblar

Ukrayna və Finlandiyanın müdafiə nazirləri Yevgeni Xmara və Antti Hyakkyanen Brüsseldə müdafiə məhsullarının birgə istehsalına dair memorandum imzalayıblar.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Sənəd Ukrayna müdafiə sistemlərinin Finlandiyada istehsalını, texnologiyaların ötürülməsini və birgə müdafiə həllərinin inkişafını, iki ölkənin müdafiə-sənaye kompleksləri arasında əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur, həmçinin yeni sistemlərin birgə tədqiqatı və işlənib hazırlanması üçün imkanlar yaradır.

"Birgə istehsalın inkişafı bizim prioritetlərimizdən biridir. Ukraynanın texnologiyaları və döyüş təcrübəsi, Finlandiyanın isə güclü sənaye bazası var. Ukrayna döyüşçüləri üçün daha çox keyfiyyətli silahı daha tez əldə etmək və eyni zamanda ölkələrimizin müdafiə qabiliyyətini gücləndirmək üçün üstünlüklərimizi birləşdiririk", - Xmara bildirib.

Əməkdaşlığı əlaqələndirmək üçün tərəflər prioritetləri müəyyən edəcək, yeni layihələri nəzərdən keçirəcək, texnologiyaların ötürülməsinə və birgə istehsalların işə salınmasına kömək edəcək ümumi rəhbər şura yaratmağı planlaşdırırlar.

Digər xəbərlər