Rusiya Silahlı Qüvvələri Kiyevdəki Cənub körpüsünə 4, Şimal körpüsünə isə 3 ballistik raket zərbəsi endirib.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" kanalında bildirib.
"Bu gecə Cənub körpüsünə 4, Şimal körpüsünə isə 3 ballistik raket zərbəsi endirildi. Bərpa üçün zəruri qüvvə və vasitələr, eləcə də işlərin müddəti müəyyənləşdirilib", - Zelenski deyib.
O həmçinin bildirib ki, hökumət üzvləri ilə Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə daha əvvəl razılaşdırdığı Ukrayna logistikasına təcili dəstək proqramının icrasını müzakirə edib.
Daha əvvəl Zelenski Ukraynanın pilotsuz uçuş aparatları və raketlərlə Kerç körpüsünə zərbə endirdiyini bildirmişdi. Onun sözlərinə görə, bu hücum Rusiyanın Ukrayna infrastrukturuna endirdiyi zərbələrə cavab olub