İtaliyada noyabrın 20-də irimiqyaslı tətil keçiriləcək

Noyabrın 20-də İtaliyada 24 saatlıq ümumi tətil keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.

İtaliya Ümumi Əmək Konfederasiyasının (CGIL) təşkil etdiyi tətildə iqtisadiyyatın həm dövlət, həm də özəl sektorunun işçiləri iştirak edəcəklər.

Etirazçıların əsas tələbləri hökumətin sosial-iqtisadi siyasəti, yaşayış xərclərinin artması, səhiyyə və təhsil sahələrində xidmətlərin təşkili üzrə problemlər, eləcə də məşğulluq və mənzil təminatı məsələləri ilə bağlıdır.

Ümumi tətillə əlaqədar məktəblərin və tibb müəssisələrinin işinin dayandırılması ilə yanaşı, regional və beynəlxalq qatarların hərəkətində də fasilələrin yaranması mümkündür. Bir sıra aviareyslərin ləğv edilməsi də istisna olunmur.

Digər xəbərlər

Monqolustan Prezidenti istefa verib 17 noyabr, 2026 / 08:28