Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib

ABŞ Hərbi Dəniz Qüvvələrinin qruplaşmalarının Yaxın Şərqdə, İran yaxınlığında qruplaşmasının sayı regiona gələn üçüncü aviadaşıyıcı zərbə qrupu ilə 20 döyüş gəmisini ötüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz İnstitutunun İnformasiya Xidməti məlumat yayıb.

İranın cənub-şərqindəki Ərəbistan dənizi bölgəsində hazırda üç təyyarə gəmisi döyüş növbətçisidir – "USS George Washington", "USS George Bush" və "USS Theodore Roosevelt". Onların hər birində 48 qırıcı təyyarə var. Onlarla birlikdə İran yaxınlığında kreyser, 13 raket esminesi, pilotsuz kəşfiyyat gəmisi və "USS Miguel Keith" ekspedisiya dəniz bazası yerləşdirilib.

Həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinin iki esminesi də Qırmızı dənizdə, dəniz piyadaları və bir esminesi daşıyan üç böyük amfibiya gəmisi isə Hind okeanındadır.

Bundan əlavə, dörd esmines şərqi Aralıq dənizində əməliyyat tapşırıqlarını həyata keçirir.

Digər xəbərlər