Praqada (Çexiya) dəmir yolu vağzalı yaxınlığında iki qatar toqquşub, nəticədə 15 nəfər xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə Çexiya mediası məlumat yayıb.
"Vağzal yaxınlığında iki sərnişin qatarı toqquşub. Dəmir Yolu Administrasiyasının yanğınsöndürənləri və xilasedicilər hadisə yerindədir", - administrasiyanın fövqəladə hallar üzrə mətbuat katibi Martin Kavka bildirib.
Qatarlar Seyfertova küçəsindəki körpüdə toqquşub.
Vısoçanı, Liben və Qoleşovitse istiqamətində qatarların hərəkəti dayandırılıb.