Uelsdə naməlum avtomobil piyadalara çırpılıb, xəsarət alanlar var

Bakı. 29 aprel. REPORT.AZ/ Uelsdə naməlum avtomobil piyadalara çırpılıb.

"Report" xəbər verir ki, bu barədə "Wales Online" məlumat yayıb.

Məlumata görə, sürücü 3 dəfə avtomobili kütləyə çırpmaq istəyib. Hadisə zamanı 4 nəfər xəsarət alıb.

Hücum etmiş şəxsin avtomobili bir qədər sonra yanmış vəziyyətdə aşkarlanıb. Hadisə ilə bağlı 20 yaşlı gənc saxlanılıb. Onun adı açıqlanmır. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10