Tunis parlamentinə yeni spiker seçilib

Bakı. 4 dekabr. REPORT.AZ/ Bu gün Tunis Xalq Məclisinə (parlament) yeni sədr seçilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, Nida Tunis Partiyasının deputatı Məhəmməd ən-Nasirin vahid namizəd olaraq qatıldığı səsvermədə 217 millət vəkilindən 214 nəfəri iştirak edib. Səsvermə nəticəsində Məhəmməd ən-Nasir 176 səslə parlamentin yeni spikeri seçilib. Məsələyə 34 nəfər bitərəf qalıb, 4 səs isə etibarsız sayılıb.

Qeyd edək ki, bu il oktyabrın 26-da Tunisdə keçirilən parlament seçkilərində NidaTunis Partiyası 39,17 faiz səslə 217 yerlik parlamentdə 85 deputat mandatı qazanıb, onu 69 millət vəkili ilə Nahda Hərəkatı izləyir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10