Texasda polislə atışmada dörd nəfər həlak olub

Bakı. 7 fevral. REPORT.AZ/ ABŞ-ın Texas ştatında polislə atışmada dörd nəfər həlak olub.

Rusiyanın NTV telekanalı xəbər verir ki, hadisə ştatın cənubundakı Uvald şəhərində qeydə alınıb. Avtomobil dayanacağında bir qrup silahlı şəxslə polis arasında atışma baş verib. Ştatın hakimiyyət orqanları insident nəticəsində dörd nəfərin öldüyünü təsdiqləyib .

Hadisənin təfərrüatları araşdırılır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10