Tanzaniyada qayığın aşması nəticəsində 10 nəfər batıb

Tanzaniyanın Zənzibar adası sahillərində qayığın aşması nəticəsində 10 nəfər batıb.

“Report” TASS-a istinadən xəbər verir ki, qayıq güclü külək nəticəsində çevrilib. Batmaq təhlükəsi ilə üzləşmiş daha 9 nəfər xilas edilib. Qayıqda olan şəxslərin ümumi sayı məlum deyil.

Xilasetmə əməliyyatı davam etdirilir.

Digər xəbərlər

ABŞ və Meksika barışır 29 yanvar, 2026 / 21:08