Suriya ordusu İŞİD-in ən böyük dayağını mühasirəyə alıb

Bakı. 2 sentyabr. REPORT.AZ/ Suriyanın hökumət qoşunları Hama vilayətində İŞİD terror qruplaşmasının Akerbat qəsəbəsindəki qalasını mühasirəyə alıb.

"Report"un məlumatına görə, bu barədə "Sputnik" agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, terrorçularla döyüşlər Akerbatdan 3 kilometr məsafədə gedir.

Öz növbəsində "Federal xəbər agentliyi" də bildirib ki, hökumət qoşunlarının xüsusi bölməsi Akerbatı terror qruplaşmasının döyüşçülərindən azad edib. İtkilər və yaralananlar barəsində məlumat verilmir.

Digər xəbərlər