Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər.
"Report"un Livanın "Al Mayadeen" telekanalına istinadən məlumatına görə, bu barədə Suriya lideri Əhməd əl-Şaraa bildirib.
O, bununla belə, belə bir addımın yəhudi dövləti ilə münasibətlərin normallaşması demək olmadığını vurğulayıb.
"Yaxın günlərdə İsraillə saziş imzalana bilər; bu, 1974-cü il (Suriya və İsrail qüvvələrinin Holan yüksəkliklərində ayrılmasına dair) razılaşmasına bənzəyəcək. Lakin İsraillə razılaşma heç bir şəkildə münasibətlərin normallaşması və ya Suriyanın "İbrahim razılaşmaları"na qoşulması demək deyil", - əş-Şaraa deyib.