Merts Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını Ukraynada münaqişənin həllindəki irəliləyişlə əlaqələndirib

Rusiya və Ukrayna arasındakı münaqişənin nizamlanması üzrə danışıqlarda irəliləyiş əldə olunacağı təqdirdə Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə ləğv edilməsi ehtimalı mümkündür.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts Berlində "İstəklilər Koalisiyası"nın görüşünün yekunlarına dair mətbuat konfransında bildirib.

Merts vurğulayıb ki, danışıqlar prosesinin məqsədi təhlükəsiz Avropada suveren Ukraynanın mövcudluğu üçün şəraitin yaradılması olaraq qalır.

"Bu zaman ərazi məsələləri üzrə qarşılıqlı anlaşma üçün başlanğıc nöqtəsi təmas xətti olmalıdır", - kansler bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna Avropa yolu ilə hərəkət etmək imkanını qorumalı və ölkənin bərpasında dəstək almalıdır.

"Buna cavab olaraq, Rusiyaya qarşı sanksiyaların tədricən, müəyyən şərtlərlə əlaqələndirilmiş şəkildə ləğvi mümkündür", - Merts əlavə edib.

Digər xəbərlər