Sudanın baş nazirinə sui-qəsd oldu

Naməlum şəxslər Sudanın baş naziri Abdulla Xamdukun avtomobil karvanındakı maşınlardan birini partladıblar.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Sudan hökumətindən bildiriblər.

Sui-qəsd nəticəsində baş nazir sağ qalıb və təhlükəsiz yerə aparılıb.

Hadisə ölkə paytaxtı Xartumda baş verib.  

Digər xəbərlər