Sudanda etiraz aksiyaları zamanı 3 nəfər ölüb

Bazar günü Sudanın paytaxtı Xartum və onun qəsəbələrində keçirilən etiraz aksiyaları zamanı 3 nəfər zorakılığın qurbanı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Bildirilir ki, onlardan ikisi paytaxtda həlak olub, daha biri isə Omdurmanda nümayiş zamanı qanun keşikçiləri tərəfindən güllələnib.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10