Şri-Lanka parlamenti iyulun 20-də yeni prezident seçəcək

Şri-Lanka parlamenti yeni prezidenti seçmək üçün seçkilərə gedir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, parlament iyulun 15-də yenidən toplanacaq və yeni prezident iyulun 20-də seçiləcək.

Şri-Lankada iqtisadi böhran başlayandan sonra insanlar küçələrə axışıb və prezident Qotabaya Rajapaksanın iyulun 13-də istefa verəcəyi açıqlanıb.

Parlamentin sədri Mahinda Yapa Abeyvardena bildirib ki, növbəti dövlət başçısı vəzifəsinə namizədlər iyulun 19-da parlamentə təqdim olunacaq.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10