Şotlandiyada avtobus aşıb, 18 nəfər xəsarət alıb

Bakı. 2 oktyabr. REPORT.AZ/ Şotlandiyada "Rangers" futbol komandasının azarkeşlərini daşıyan avtobus aşıb.

"Report"un məlumatına görə, bu barədə "Herald Scotland" qəzeti xəbər yayıb.

Məlumatda bildirilir ki, qəza İst-Erşir vilayətinin Moxlin qəsəbəsində baş verib. Şahidlərin sözlərinə görə, qəzaya səbəb sürücünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi olub.

Hadisə zamanı 18 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Yerli polis müfəttişi faktla bağlı araşdırma aparıldığını bildirib. 

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10