Somalidə terror hücumu nəticəsində azı 19 nəfər ölüb

Bakı. 22 Yanvar. REPORT.AZ/ Somalidə terror hücumu nəticəsində ən azı 19 nəfər ölüb.

"Report" AFP agentliyinə istinadən xəbər verir ki, "Əş-Şəbab" qruplaşmasının yaraqlıları Somalinin paytaxtı Moqadişoda yerləşən Lido şəhər çimərliyindəki bir neçə restorana hücum edib.

Kafelərdən birinin yaxınlığında içərisində partlayıcı qurğu olan avtomobil partladılıb. Yaraqlılar hələ də restoranlardan birinə nəzarət edir.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10