Slovakiyanın “Princip” partiyasının lideri Atila Genya frontal yükləyicinin aşması nəticəsində ölüb.
“Report” xəbər verir ki, bu barədə Slovakiya polisi məlumat yayıb.
“Təkərli frontal yükləyici hərəkət edərkən aşıb. Nəticədə 44 yaşlı sürücü ciddi xəsarət alıb”, - məlumatda qeyd edilib.
“Princip” partiyası sosial şəbəkələrdəki səhifələrində təfərrüatları açıqlamadan liderinin ölümünü təsdiqləyib.
Xatırladaq ki, Slovakiyada erkən parlament seçkisi sentyabrın 30-na təyin edilib.