Slovakiyada avtobusun yük maşını ilə toqquşması nəticəsində bir nəfər həlak olub, daha 28 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
"Report" Slovakiya KİV-inə istinadən xəbər verir ki, qəza Drenovets kəndi yaxınlığında baş verib.
"Qəza nəticəsində avtobus sürücüsü həlak olub. Qəza zamanı avtobusda sürücü də daxil olmaqla 33 sərnişin olub", - yerli polis bildirib.
Hadisə yerinə təcili tibbi yardım xidmətinin yeddi briqadası və xilasetmə helikopteri göndərilib.