Genuyanın Kristofor Kolumb adına Beynəlxalq Hava Limanı iki naməlum pilotsuz uçuş aparatının (PUA) görünməsi səbəbindən bütün giriş və çıxış uçuşlarını müvəqqəti dayandırıb.
"Report"un "Il Messaggero" qəzetinə istinadən məlumatına görə, hava limanı Bakı vaxtı ilə saat 19 noyabr saat 22:00-dan 20 noyabr 02:00-dək dörd saatlıq bağlanıb.
Qəzetin məlumatına görə, PUA-lar hava limanının dispetçer xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb