Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff "Könüllülər koalisiyası"nın Berlində keçirilən görüşünün yekununa əsasən Avropa liderlərinin Rusiya-Ukrayna münaqişəsinin həllinə ciddi sadiqliyini qeyd edib.

"Report"un məlumatına görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Müzakirə səmimi və məhsuldar keçdi", - Uitkoff ABŞ Prezidentinin xüsusi elçisi Cared Kuşnerlə birlikdə qatıldığı görüş barədə şərh verərkən deyib.

Onun sözlərinə görə, Berlindəki danışıqların məqsədi Avropa tərəfdaşları ilə birbaşa əlaqə, fikir mübadiləsi və növbəti addımların müzakirəsi olub.

"Mənalı və səmimi söhbətlərimiz oldu və bütün iştirakçıların nümayiş etdirdiyi ciddiliyi, sadiqliyi yüksək qiymətləndiririk. Vacib işlər qarşıdadır və biz davamlı sülhə nail olmaq üçün müttəfiqlərimizlə sıx əlaqələndirmədə səylərimizi davam etdirəcəyik", - Uitkoff vurğulayıb.

Digər xəbərlər