​Rusiyada yol qəzasında 3 nəfər itkin düşüb

Bakı. 3 iyun. REPORT.AZ/ Rusiya Federasiyasının Yakutiya respublikasında baş vermiş yol qəzasında 3 nəfər itkin düşüb, 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, hadisə Nyuya çayı üzərindəki körpünün üzərində baş verib.

Hadisəyə səbəb "Ural" yük avtomobilinin içində 5 nəfərin olduğu "Nissan Patrol"la toqquşması olub.  

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10