Rusiya Zaporojyeyə hücum edib

Rusiya dekabrın 24-nə keçən gecə Ukraynanın Zaporojye şəhərinə üç idarə olunan aviabomba atıb.

"Report" xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Milli Polisə və Zaporojye Vilayəti Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorova istinadən məlumat yayıb.

Hücum nəticəsində yaşayış evləri, nəqliyyat vasitələri və mülki infrastruktur obyektləri zədələnib. Üç nəfər yaralanıb. Rusiya qoşunları səhər saat dörd radələrində yaşayış məhəlləsini atəşə tutub, ən azı üç aviazərbə endirib. Hərbçilərin məlumatına əsasən, Zaporojye istiqamətində idarə olunan aviasiya bombalarının atılıb. Partlayışlar nəticəsində çoxmərtəbəli yaşayış binası zədələnib.

"Hücum nəticəsində qarajlar və avtomobillər yanıb. Fövqəladə xidmətlər iş başındadır", - İ.Fyodorov qeyd edib.

Digər xəbərlər