Rusiya vertolyotu Suriyada qəzaya uğrayıb, ölənlər var

Bakı. 8 may. REPORT.AZ/ Suriyada Rusiya vertolyotu qəzaya uğrayıb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, Ka-52 vertolyotunun qəzaya uğraması nəticəsində 2 heyət üzvü həlak olub. Onların cəsədləri tapılıb və aerodroma gətirilib. 

İlkin məlumata görə, qəzaya texniki nasazlıq səbəb ola bilər.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10