Rusiya baş naziri ehtiyat fondundan 500 mlrd. rubl ayırmağa icazə verib

Bakı. 11 fevral. REPORT.AZ/ Rusiya baş naziri Dmitri Medvedev əskik alınan gəlirləri tamamlamaq və büdcə öhdəliklərini yerinə yetirmək üçün ehtiyat fondundan 500 mlrd. rubl həcmində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb. 

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə baş nazirin özü məlumat verib.

"Əskik alınan gəlirləri tamamlamaq və büdcə öhdəliklərini yerinə yetirmək üçün ehtiyat fondundan 500 mlrd. rubl həcmində vəsait istifadə olunacaq. Mən dünən bununla bağlı hökumət sərəncamı imzalamışam", - deyə Medvedev qeyd edib.

Nazir vurğulayıb ki, ötən ilin payızında verilən makroiqtisadi proqnozları düzəltmək lazımdır.

Digər xəbərlər

Madriddə etiraz aksiyası keçirilir 28 oktyabr, 2026 / 13:10