Qərbi Balkan ölkələri Aİ-yə üzvlük prosesinə siyasi sadiqliklərini təsdiqləyib

Qərbi Balkan ölkələri Avropa İttifaqına (Aİ) üzvlük prosesinə siyasi sadiqliklərini qətiyyətlə təsdiqləyib.

"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə 11-ci Delfi İqtisadi Forumunda qəbul edilmiş Qərbi Balkanların Avropa inteqrasiyasına dair bəyannamədə deyilir.

Bəyannamədə Qərbi Balkan ölkələri Brüsseli bu dövlətləri Avropa İttifaqına üzvlük prosesini sürətləndirməyə çağırıb.

"Biz Qərbi Balkan ölkələrinin Aİ-yə inteqrasiyasının Avropa təhlükəsizliyi üçün strateji imperativ kimi vacibliyini vurğulayırıq. Bu kontekstdə biz Aİ-nin genişlənmə prosesinə və Qərbi Balkanların birliyə inteqrasiyasına yenidən diqqət yetirməsini regionumuzda və qitəmizdə sülh, təhlükəsizlik, sabitlik və rifaha geostrateji investisiya kimi alqışlayırıq", - bəyanatda vurğulanıb.

Hibrid təhdidlər və dezinformasiya kampaniyaları ilə mübarizədə Aİ-nin Qərbi Balkan tərəfdaşlarına effektiv inteqrasiyasının və hiss olunacaq dəstəyinin zəruriliyinə diqqət çəkilən bəyannamədə Aİ qanunvericiliyinə, o cümlədən ittifaqın ümumi xarici və təhlükəsizlik siyasətinə uyğunluğun vacibliyi qabardılıb.

Bəyanatda həmçinin Aİ və Qərbi Balkan ölkələri arasında ticarət prosedurlarının daha da sadələşdirilməsi çağırışı edilib.

Digər xəbərlər

Peruda güclü zəlzələ olub 21 noyabr, 2026 / 05:13