İndoneziyada 7,2 maqnitudalı zəlzələ baş verib

İndoneziyanın şərqində yerləşən Molukk adalarında 7,2 maqnitudalı zəlzələ baş verib.

"Report" xəbər verir ki, bu barədə İndoneziya mediası ölkənin Meteorologiya, Klimatologiya və Geofizika Agentliyinə (BMKG) istinadən məlumat yayıb.

Sunami təhlükəsi elan edilməyib.

Zəlzələnin episentri Cənub-Qərbi Maluku dairəsindən 43 kilometr şimal-qərbdə, ocağı isə 125 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin fəsadlarının miqyası hələlik məlum deyil.

Digər xəbərlər

Peruda güclü zəlzələ olub 21 noyabr, 2026 / 05:13