İraqda baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb

İraqın cənubundakı Bəsrə vilayətində yerləşən "Əl-Harta" elektrik stansiyasında baş verən yanğın nəticəsində ən azı 4 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.

"Report" xəbər verir ki, bu barədə İraq mediası məlumat yayıb.

Xəsarət alanların əksəriyyəti elektrik stansiyasının yaxınlığında yerləşən evlərin sakinləridir.

Zərərçəkənlər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanma məhsullarından zəhərləniblər. Onlar tibb müəssisələrinə aparılıb.

Qeyd olunur ki, "Hartha" elektrik stansiyasının gücü 800 MVt təşkil edir, yanğın zamanı stansiya təxminən 400 MVt gücündə fəaliyyət göstərirdi.

Digər xəbərlər

Peruda güclü zəlzələ olub 21 noyabr, 2026 / 05:13