Qahirədə avtomobil partlayıb, 3 nəfər xəsarət alıb

Bakı. 6 avqust. REPORT.AZ/ Misirin paytaxtı Qahirədə küçədə avtomobil partlayıb, yaralılar var.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, yerli KİV hadisənin şəhərin Mühəndisin rayonunda, Əhməd Abdel Əziz küçəsində baş verdiyini yazıb.

Partlayış zamanı alov avtomobildən yandan keçən mikroavtobusa sıçrayıb. Hər iki nəqliyyat vasitəsi tam yanıb. Partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Digər xəbərlər

Çində 7 maqnitudalı zəlzələ olub 22 oktyabr, 2026 / 19:28